Ruben Safrastyan 1

“Türkiyə Ermənistanla münasibətlərdə səmimidir, çünki İrəvanla münasibətlərin normallaşdırılmasında real məqsədlərini gizlətmir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

“Türkiyənin indiki dönəmdə tələbləri Ermənistan tərəfindən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, eləcə də Azərbaycana Zəngəzur dəhlizinin verilməsindən ibarət ola bilər. “Soyqırım”ın tanınmasına gəlincə isə Türkiyə hələlik buna toxunmur, amma bu məsələ də onun üçün önəmli bir mövzudur. Güman edirəm ki, türklər tələblərin mərhələli irəli sürülməsi strategiyasını seçib. “Soyqırım”ın beynəlxalq tanınması siyasətinin dayandırılması tələbi növbəti mərhələdə irəli sürüləcək”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: