Xəbər verdiyimiz kimi, türkiyəli tarixçi, professor İlbər Ortaylı qəzaya düşüb. Hadisə Balıkesirdə baş verib.
Globalinfo.az bununla bağlı İlber Ortaylı ilə əlaqə saxlayıb.
O, hər şeyin qaydasında olduğunu bildirib:
“Sükan arxasında sürücüm idi. Onlar bizim avtomobili vurdular. Şükür, xəsarət alan yoxdur, hər şey qaydasındadır. Amma sürücümlə mübahisə yaşandı. Hadisəyə səbəb olanlar isə Almaniyadan gələn kürdlər idi. Hər gün qəzalar baş verir. Bu, qaçılmazdır”.
Zaira Akifqızı
Globalinfo.az














