Voronej vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə teleqramda Rusiya vilayətinin qubernatoru Aleksandr Qusev məlumat verib. Rəsmi hava hücumundan müdafiə qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.
“Xahiş edirəm sakit olun. Regional hökumətdən və ya Rusiya Fövqəladə Hallar Nazirliyindən əlavə bildirişlərə baxın”, deyə o, bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinə məxsus altı təyyarə tipli PUA-nın Bryansk vilayəti üzərində səmada məhv edildiyi bildirilmişdi.
Tahir Turan
Globalinfo.az