“ABŞ Prezidenti Donald Trampın “Rusiya Ukraynadakı münaqişəni 50 gün ərzində həll etməlidir, əks halda sanksiyalarla üzləşəcə” ultimatumu Rusiya lideri Vladimir Putinə “hədiyyədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Spectator” nəşri məlumat yayıb.
“Trampın hədəsi Putinə gözlənilməz hədiyyə idi. Çünki bu, ABŞ Konqresinin daha ciddi sanksiyalar tətbiq etmək səylərini faktiki olaraq pozdu. Çünki sözügedən açıqlamadan sonra qurum senatorlar Lindsi Qrem və Riçard Blumentalın Moskvaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsinə dair qanun layihəsinə baxılması prosesini dayandırıb”, – deyə bildirilib.
Qeyd edək ki, iyulun 14-də Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100 faizə qədər ikinci dərəcəli tariflər tətbiq ediləcəyini açıqlayıb.
Avropada bu addımlar qeyri-kafi hesab edilib və onlar Vaşinqtonun bütün mövcud sanksiyalar potensialından istifadə etməməsindən məyus olduqlarını bildiriblər.
Əliyar Xəlil
Globalinfo.az














