1703914070

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) Moskvaya hücumunun qarşısını alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin öz teleqram kanalında məlumat yayıb.

“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri düşmən pilotsuz təyyarəsinin Moskvaya növbəti hücum cəhdinin qarşısını aldı”, – Sobyanin bildirib. Onun sözlərinə görə, insidentin baş verdiyi ərazidə hazırda fövqəladə hallar xidmətləri işləyir.

Qeyd edək ki, iyulun 18-də gün ərzində Moskva üzərinə bir neçə pilotsuz təyyarənin zərərsizləşdirildiyi bildirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: