Polşanın sabiq prezidenti, “Həmrəylik” hərəkatının keçmiş lideri Lex Valesa ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, şəxsən sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Tanrıya şükür, bir daha müsbət nəticə verdi”, – deyə Valesa xəstəxana çarpayısında sensorlar və oksigen dəstəyi ilə çəkilmiş fotosunu paylaşaraq bildirib.
Məlumata görə, siyasətçi əvvəlcədən planlaşdırılmış tibbi prosedurdan keçir. Sdəcə prosedur zəruriliyi səbəbilə vaxtından əvvəl həyata keçirilib.
Tahir Turan
Globalinfo.az