Avropa Komissiyası (AK) Macarıstanda Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumu qeydə alıb, lakin bu rəyin qərarvermə prosesinə təsir göstərmədiyini açıqlayıb.
Globalinfo.az “News.ru”ya istinadən xəbər verir ki, bu barədə AK-nin nümayəndəsi Qiyom Mersier qurumun rəsmi saytında yayımlanan brifinqdə bildirib.
Mersierin sözlərinə görə, referendumun nəticələri məcburi hüquqi xarakter daşımır və ictimai məsləhətləşmələr hər bir ölkənin daxili hüququdur: “AK-nin Ukraynanın namizədlik statusuna dair mövqeyinə bu qərar heç bir təsir göstərməyib”.
Brüssel, həmçinin, Ukraynanın Aİ-yə üzv olmaq üçün tələb olunan demokratik islahatları yerinə yetirdiyini və azlıqların hüquqları ilə bağlı planı icra etdiyini vurğulayıb. AK nümayəndəsi bu planın həm əsas hüquqlara zəmanət verdiyini, həm də qonşu ölkələrin narahatlıqlarını aradan qaldırdığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az