ABŞ prezidenti Donald Trampın ailə üzvlərindən biri 2028-ci ildə prezident seçkilərində namizəd ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Trampın oğlu Erik “Financial Times” qəzetinə açıqlamasında deyib.
Belə ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio növbəti seçkilər üçün uğurlu namizəd hesab olunsalar da, Erik suala müəmmalı cavab verib.
O, müvafiq suala “Kim bilir?” deyə qarşılıq verib. Bu da Trampın ailə üzvlərindən birinin rəqib ola biləcəyi ehtimalını artırıb.
Əliyar Xəlil
Globalinfo.az