“Trampa görə edilənlər biabırçılıq idi” – NATO-ya sərt tənqid

"Trampa görə edilənlər biabırçılıq idi" - NATO-ya sərt tənqid

“NATO-nun son sammiti ABŞ Prezidenti Donald Trampa yaltaqlanmaq üçün yaxşı fürsət olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

Bildirilib ki, iki günlük iclas bir iş gününə endirilib və gündəm ABŞ liderinin istəyinə uyğunlaşdırılıb.

“Ukraynadakı münaqişə  və ya İrandan gələn nüvə təhlükəsi kimi Trampı utandıra biləcək məsələlər arxa plana keçib. Əvəzində, yaltaqlıq maksimum həddə çatıb və bu biabırçı vəziyyətə NATO-nun baş katibi Mark Rutte rəhbərlik edib. Məqsəd isə ABŞ-I Alyansda saxlamaq idi”, – deyə qeyd olunub.

Xatırladaq ki, NATO sammiti iyunun 24-25-də Haaqada keçirilib.

Əliyar Xəlil
Globalinfo.az