Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Haaqa sammitində kədərlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“NATO-nun Haaqa sammiti Ukrayna və Zelenski üçün uğursuz olub. Çünki tədbirdə münaqişə ilə bağlı ayrıca sessiya nəzərdə tutulmayıb. Həmin gün Volodimir məyus görünürdü”, – deyə bildirilib.
Qeyd edək ki, NATO-nun sammiti iyunun 24-25-də Haaqada keçirilib.
Əliyar Xəlil
Globalinfo.az














