abs iran

İran ABŞ-a nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa söz verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” (VP) məlumat yayıb.

Bildirilib ki, əsas şərt İsrailin atəşkəsi pozmamasıdır.

“Tehran Vaşinqtona bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunu hərbi əməliyyatları dayandırmağa inandırmalıdırlar. Bununla bağlı ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens, dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla birbaşa və dolayı danışıqlar aparıblar”, – deyə nəşr əlavə edib.

Xatırladaq ki, bu gün İsrail və İran arasında atəşkəs elan olunsa da, Tehranın yenidən hücuma keçdiyi bəlli olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: