Bakı və Ankara arasında hərbi trafik – Nələr baş verir?

Bakı və Ankara arasında hərbi trafik – Nələr baş verir?

İyunun 18-də Türkiyənin müdafiə naziri Yaşar Gülər İranla sərhəd bölgəsindəki vəziyyəti yerində yoxlamaq məqsədilə sərhədə səfər edib. Bundan sonra Yaşar Gülərin Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovla görüş keçirməsi diqqət çəkib.

Regionda nələr baş verir? Türkiyəli nazir və Azərbaycan kəşfiyyat rəisi nəyi müzakirə ediblər?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, TürkiyəAzərbaycan koordinasiyalı şəkildə hərəkət edir:

“ABŞ-ın müharibəyə müdaxiləsi ilə münaqişə İsrail və İran arasında ikitərəfli formatdan çıxaraq daha geniş coğrafiyaya yayıla bilər. Türkiyədə ABŞ-ın hərbi infrastrukturu mövcuddur və bu vəziyyətdə qaçqın axını ilə yanaşı, nəzarətsiz hərbi qrupların yaranması da mümkündür. Buna görə də sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilməlidir”.

Bakı və Ankara arasında hərbi trafik – Nələr baş verir?

Yaşar Gülər və Orxan Sultanov

Politoloq qeyd edib ki, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovun Türkiyəyə səfəri başqa aspektdən də dəyərləndirmək olar:

“Bu səfər çox güman ki, TürkiyəAzərbaycan prezidentlərinin yaxınlaşan görüşünə hazırlıqdır. Görüşdən əvvəl vaxt itirməmək üçün belə tədbirlər görülür. Maraqlıdır ki, bu görüşdə diplomatlar yox, hərbi nümayəndələr iştirak edir. Bu da məsələni daha çox hərbi aspektdən qiymətləndirməyə əsas verir”.

Turan Rzayev
Globalinfo.az