“ABŞ kəşfiyyatı İranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir sübut tapmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü, demokrat senator Mark Uorner deyib.
“Hələ mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard İranın bomba yaratmaq üçün heç bir addım atmadığını deyib. Kəşfiyyat məlumatları o vaxtdan bəri dəyişməyib və bunun əksini iddia edən ABŞ Prezidenti Donald Tramp belə məlumatlara məhəl qoymur”, – o bildirib.
Uorner Ağ Ev rəhbərinin sosial şəbəkə hesabı vasitəsilə ölkənin xarici siyasətini idarə etdiyini vurğulayıb:
“Bu, çılğınlıqdır. Amma Tramp belədir”.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp İranın nüvə silahına sahib ola biləcəyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az














