İsrail İrana qarşı hücumlara başladı – YENİLƏNİB

İsrail İrana qarşı hücumlara başladı – YENİLƏNİB

İsrail Tehrana 60 qırıcı ilə hücum edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail bir neçə saat ərzində Tehranda 20-dən çox hərbi hədəfə zərbə endirib.

*** 22:53

İsrail gün ərzində İrana qarşı üçüncü hücum dalğasına başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin briqada generalı Efi Defrin məlumat yayıb.

“Bir qədər əvvəl biz İranın qərbinə doğru bu gün ərzində üçüncü hücum dalğasına başladıq. İsrail HHQ-yə məxsus təyyarələr yer-yer sinfinə aid raketlərin anbar və buraxılış qurğularının üzərində uçuşlar həyata keçirir. Qırıcıların hədəfi əvvəllər zədələnmiş obyektlərə yenidən giriş əldə etməyə və oradan sursat çıxarmağa çalışan silahlılardır”, – məlumatda deyilir.

Aysel Əliyeva
Globalinfo.az