Paşinyan konstitusiyanı “yeni ərazilər”ə görə dəyişdirir – Zakaryan

“Ermənistanın Baş naziri Nikol Paşinyan ərazi mübadiləsi həyata keçirə bilmək üçün konstitusiyanı dəyişdirmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O, Nikol Paşinyanın artıq bu dəyişikliyin həyata keçirilməsində qərarlı olduğunu bildirib:

“Görünür, baş nazir Bakının tələblərinə uyğun olaraq qanunvericiliyin dəyişdirilməsinə artıq tamamilə razılaşıb. Hazırkı konstitusiya görə, Ermənistan Respublikasının ərazi dəyişikliyi ilə bağlı məsələlər referendum yolu ilə həll edilməlidir. Həmçinin qanunvericiliyə zidd qərarların ratifikasiyası hazırkı sistemlə mümkün deyil. N.Paşinyan bütün bu “problemləri” aradan qaldırmaq istəyir.

Əgər zamanında doğru addım atıb hakimiyyəti dəyişməsək, Ermənistanı da Qarabağın aqibəti gözləyir. Növbə Ermənistana çatacaq”.

Ayşən Mustafa
Globalinfo.az