“Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyanı səfərə dəvət etdiyini bildirib.
“Səfər müddətində bütün regional məsələlər müzakirə olunacaq. Düşünürəm ki, bu səfər tarixidir, çünki Ermənistan rəhbəri ilk dəfədir belə səviyyədə səfər həyata keçirəcək”, – Simonyan qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az