İsrail Müdafiə Qüvvələri ehtiyatda olan hərbçilərin səfərbər olunduğunu elan edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı İsrailin “Ynet” portalı məlumat yayıb.
“Ordu 8 saylı əmrə uyğun olaraq minlərlə ehtiyatda olan əsgəri əsasən kritik birləşmələrə göndərir: Hərbi Hava Qüvvələri, Daxili Cəbhə Komandanlığı, Şimal və Mərkəzi Komandanlıqlar, Hərbi Kəşfiyyat və Tank Əleyhinə Müdafiə Komandanlığı”, – deyə bildirilib.
İsrail ordusu, həmçinin Yəhudeya və Samariyada yerləşən bölmələrdə hazırlığı artırır, Fələstin şəhərlərinin ətrafında kordon yaradır və bölgədəki mövcudluğunu artırır.
Qeyd edək ki, gecə İsrail ordusu İranın nüvə və raket proqramlarını iflasa uğratmaq məqsədi daşıyan “Am Kelavi” (Aslan kimi millət) əməliyyatına başladığını elan edib.
“The New York Times” yazır ki, İsrail Tehran ətrafındakı ən azı altı hərbi bazaya hücum edib.
Əliyar Xəlil
Globalinfo.az