Nüvə silahları və onların mümkün istifadəsi ilə bağlı müzakirələr təhlükədən xəbər verir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
O bildirib ki, əvvəllər xüsusilə, nüvə dövlətlərinin liderləri bu barədə açıq danışmırdılar:
“Bu gün belə müzakirələrin sayı artıb. Artıq hamı həmişə nüvə təhlükəsinin nə olduğunu, arxasında nələrin dayandığını və hansı vəziyyətə gətirib çıxara biləcəyini anlayıb”, – Çepa vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard nüvə müharibəsi ilə bağlı xəbərdarlıq etmişdi.
Əliyar Xəlil
Globalinfo.az