Netanyahudan Rəfah əməliyyatı haqda kritik açıqlama

“Qəzzada HƏMAS taborlarının dörddə üçü artıq məhv edilib, qələbə əlçatandır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS-ın 24 taborundan demək olar ki, 18-i artıq İsrail qüvvələri tərəfindən məhv edilib. Digər altısının isə ərazidə qalmasına imkan verməyəcəyik. Əsk halda bu, İŞİD-in dörddə birini İraqda qoyub, – “Eybi yox, onların da kiçik əraziləri olsun, hər şey qaydasındadır” – deməyə bənzəyir.

Rəfahda HƏMAS-ın son qalasını məhv etməsək, bu qruplaşma özünü yenidən bərpa edəcək”, – Netanyahu bildirib.

Əliyar Xəlil
Globalinfo.az