Türkiyədə əhali dost ölkəni seçdi: Azərbaycan neçəncidir?

Türkiyədə əhali dost ölkəni seçdi: Azərbaycan neçəncidir?

Türkiyədə siyasi, iqtisadi və sosial vəziyyətlə bağlı “Türkiyənin Trendləri” adlı araşdırmanın nəticələri açıqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, araşdırmaya əsasən, siyasi və iqtisadi vəziyyət, terrorla mübarizə, qanunsuz miqrasiya problemləri son illərdə əhalini narahat edən əsas məsələlər olub.

Sorğu əsasında əhalinin prezident seçkilərində hansı siyasi partiyaya səs verəcəyi də yer alıb. Belə ki, iştirakçıların 35,3%-i Cumhur İttifaqına daxil olan hakim Ədalət və İnkişaf Partiyasına (AKP), 8,9%-i isə Milliyətçi Hərəkat Partiyasına (MHP) səs verəcəklərini bildirib.

Müxalif partiyalardan Cümhuriyyət Xalq Partiyasının (CHP) 24,5 %, İYİ Partiyanın 10,2% və Xalqların Demokratiyası Partiyasının (HDP) isə 9,5 % səs toplayacağı gözlənilir.

İqtisadi məsələlərə gəldikdə, bu amil hazırda əhalini ən çox narahat edən məsələdir. Belə ki, insanlar inflyasiyanın yüksək olması, Türk Lirəsinin ucuzlaşmasından, evlərin satın alınması və kirayə qiymətlərinin kəskin şəkildə artmasından narazı olduqlarını qeyd edib.

“Siyasi baxışınız nədir?” sualına cavab olaraq iştirakçıların çoxu mühafizəkar olduqlarını bildirib. Digərləri “Kamalist” və “milliyətçi” cavabı verib.

Dost ölkələr siyahısında ilk üç yerdə Azərbaycan, Şimali Kipr Türk Respublikası və Özbəkistan qərarlaşıb. Türk xalqının təhdid anlayışında çox da dəyişiklik yoxdur. Birinci yerdə ABŞ, ikinci yerdə İsrail qalıb. Üçüncü yerdə Suriya olduğu halda, Ermənistan ötən il birinci yerdə olduğu yerdən dördüncü pilləyə enib.