aerodram

“NATO mümkün münaqişə vəziyyətində Rusiya aerodromlarına nəzarəti ələ keçirə bilər. Bu istiqamətdə ssenarilər nəzərdən keçirilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

“Alyansın hərbi qulluqçuları uçuş-enmə zolaqlarını ələ keçirmək üçün əməliyyatlar aparırlar”, – deyə məqalədə bildirilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Qərb ölkələri Finlandiyanı qəsdən Rusiya ilə qarşıdurmaya sövq edir.

O vurğulayıb ki, sözügedən ölkə hərbi qüdrətinin gücləndirilməsinə əhəmiyyətli maliyyə resursları ayırır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: