Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski qalib gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə ilkin ekzitpol nəticələrinə əsasən, “TVP Info” telekanalı məlumat yayıb.
Sosioloji sorğuların nəticələrinə görə, Tşaskovski 50,3 faiz səs toplayıb, onun rəqibi – ölkənin ən böyük müxalifət partiyası olan “Hüquq və ədalət”in namizədi Karol Navrotski isə 49,7 faiz səs qazanıb.
Qeyd edək ki, Polşanın Dövlət Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini 2 iyun tarixində açıqlayacaq.
Aysel Əliyeva
Globalinfo.az














