Rusiya hava hücumundan müdafiə qüvvələri 51 Ukrayna PUA-sını vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 25-də Moskva vaxtı ilə saat 13:00-dan 20:00-dək Rusiyanın müxtəlif bölgələri üzərində ümumilikdə 51 ədəd Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Məlumata görə, onlardan 21-i Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, 6-sı Moskva regionu, 1-i isə Kaluj vilayəti üzərində zərərsizləşdirilib.
Nazirlik bu PUA-ların təyyarə tipli olduğunu qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az