Hindistanın Uttarkaşi rayonunda helikopter qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Bildirilib ki, təyyarədə pilot da daxil olmaqla, 7 nəfər olub.
5 nəfər yerindəcə, biri isə müalicə olunarkən dünyasını dəyişib:
“Ölənlər arasında beş qadın və bir kişi pilot da var. Andhra Pradeşdən olan 51 yaşlı kişi aldığı xəsarətlərdən müalicə alır”.
Dəqiq səbəblər hələ müəyyən edilməyib.
Əliyar Xəlil
Globalinfo.az