Iran 2

“Bəndər Abbas bölgəsindəki Şəhid Rəcai limanında baş verən partlayışa səbəb daxili təhlükəsizlik problemləri və zəif idarəçilikdir”. 

Globalinfo.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Komitəsinin üzvü Əli Xəzrian deyib.

O qeyd edib ki, hazırda xarici müdaxiləyə, təxribata dair heç bir dəlil yoxdur.

“Bu cür ittihamlar həqiqətən hadisəyə görə məsuliyyət daşıyan şəxslərdən diqqəti yayındırır”, – Xəzrian bildirib.

Qeyd edək ki, aprelin 26-da Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 70-dən çox insan ölüb, 1200-dən çoxu yaralanıb. Hadisəyə görə ölkədə matəm elan edilib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: