340af918 c356 4480 a0d3 0de2203ec5db

Xaçmazda küləyin enerji sarıdan törətdiyi fəsadlar aradan qaldırılır.

Globalinfo.az Bizim.media-ya istinadən xəbər verir ki, rayon mərkəzində və 94 yaşayış məntəqəsində səhər saatlarından kəsilən enerji verilişinin bərpası üçün “Azərişıq” ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları işləri davam etdirir.

Rayonun bir hissəsinə enerji verilişi bərpa olunsa da, abonentlərin xeyli hissəsi səhər saatlarından işıqsızdır.

***

Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində – 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.

Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.

Paylaş: