esya bazari

Sumqayıtda yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Əşya bazarı kimi adlanan ərazidə qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb. Daha sonra yanğın mağazanın qarşısında park halında olan “Mercedes” markalı yük avtomobilinə keçib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğının səbəbi araşdırılır.

yangin2
yangin3
yangin4
yangin5
yangin6
yangin7

Paylaş: