AA 20250417 37661332 37661293 BAKAN GULER UZMAN ERBAS KOMANDO TEMEL KURSU MEZUNIYET VE BROVE TAKMA TORENINDE KONUSTU scaled
“Yerli və milli imkanlarla istehsal edilən müdafiə sənayesi məhsulları yalnız terrorla mübarizədə deyil, həm də dost və qardaş ölkələrin haqlı mübarizəsinə dəstək verilməsində mühüm rol oynayır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyə Aerokosmik Sənayesi İdarəetmə Zirvəsində çıxış edərkən bildirib.

“Bu gün Azərbaycan, İndoneziya, Qətər və Polşadan başlayaraq dünyanın bir çox bölgəsində Türk müdafiə sənayesi məhsulları fəal şəkildə istifadə olunur. Müdafiə sənayesində əldə etdiyimiz bu üstün səviyyə bizim üçün böyük qürur mənbəyidir”, – deyə Güler əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: