Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hunday” markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
“Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.
İstintaq araşdırması aparılır”- deyə o əlavə edib.