Sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu 93 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu haqda İHA məlumat yayıb.
Onun bir müddətdir Alanya Təhsil və Araşdırma Xəstəxanasında müalicə aldığı qeyd edilib.
Məlumata görə, O.Çavuşoğlu bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
El arasında Osman Ağa kimi tanınan O.Çavuşoğlu uzun müddət Alanya şəhərində siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı, təhsil sektorunda da çalışıb.
Allah rəhmət etsin.