İranın xarici işlər naziri Abbas Araqçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçiriləcək nüvə danışıqları çərçivəsində Omanın paytaxtı Maskata səfər edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı İRNA yayıb.
Hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi gözlənilir.
Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.
Qeyd edək ki, S.Uitkoff da hazırda Maskatdadır.
Xatırladaq ki, bu Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən yüksək səviyyəli danışıqlardır.














