63bec6e69575c63bec6e69575d16734471414f1f595be4a7ae36c62f0a7e32c212d2

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun “Azərbaycan” küçəsində qeydə alınıb.

“VAZ-21013” və “Seat lbiza” markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər – 1977-ci il təvəllüdlü Ramil Cümşüd oğlu Babayev, 1945-ci il təvəllüdlü Ceyran Həsən qızı İsmayılova, 1978-ci il təvəllüdlü Bəxtiyar Əli oğlu Mirzəyev və 2014-cü il təvəllüdlü Yusif Elman oğlu Həmidzadə müxtəlif xəsarətlər alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

63bec6e64c4fd63bec6e64c4fe16734471410fbb5cbd48f22e8eef813ef9e11b26bd 63bec6e5ef79563bec6e5ef79616734471413925f2c6c3004cb7e8537fccf94c83b6 63bec6e59ca6963bec6e59ca6a1673447141c954ca306255b14dc94e400fc004f4fc 63bec6e550ed863bec6e550ed91673447141859de2cdd08d851fba57806df2819091

Paylaş: