Bu gün Ağdərənin Suqovuşan kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
Globalinfo.az xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə – 179 nəfər köçürülüb.
Bu gün kəndə çatan ailələrə evlərinin açarlarının təqdimatından əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açarlar sahiblərinə verilib.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığını bildirib.
Qeyd olunub ki, Suqovuşan kəndi fasiləsiz elektirik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Xatırladaq ki, indiyədək Ağdərə rayonunun Suqovuşan kəndinə dörd köç karvanı olub.
Kənddə ümumilikdə 180 ailə məskunlaşıb.
***12:46
Növbəti köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb.
Globalinfo.az bildirir ki, bu mərhələdə kəndə 54 ailə – 179 nəfər köçürülüb.
X X X
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 54 ailə – 179 nəfər köçürülür.


