myanma

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3455 nəfərə çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Yaralıların sayı 4840 nəfərdir, 214 nəfər isə itkin düşüb.

***

09:47

Myanmada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3354 nəfərə çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı 4860 nəfər yaralanıb, 220 nəfər isə itkin düşüb.

Qeyd edək ki, martın 28-də baş verən ilk yeraltı təkanların gücü 7,7 bal təşkil edib. Daha sonra 6,4 bal həcmində ikinci zəlzələ baş verib.

Təbii fəlakət həmçinin, Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss edilib.

Ötən gün qeydə alınan və episentri Mandalay şəhərinin 53 kilometrliyində yerləşən zəlzələnin həcmi isə 4,9 bal təşkil edib.

Paylaş: