photo 2025 04 04 21 07 02

Ukraynada Krivoy Roqa endirilən zərbə nəticəsində ölənlərlə bağlı sabah (6 aprel) matəm günü elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin ərazilərin bərpası üzrə müavini Aleksey Kuleba bildirib.

Sabah bütün ölkə ərazisində bayraqlar endiriləcək, sükut olacaq.

“Bütün bölgə mərkəzləri – böyük və kiçik – Krivoy Roqla həmrəydirlər”, – Kuleba deyib.

***

Krivoy Roqa endirilən zərbə nəticəsində 19 nəfər ölüb, onlardan 9-u azyaşlıdır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Yaralı sayı 74 nəfərdir. Hazırda 5-i uşaq olmaqla, 37 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

***

Krivoy Roqa endirilən zərbə zamanı ölənlərin sayı 16 nəfərə yüksəlib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

***

Krivoy Roqa endirilən zərbə zamanı yaralanan 30 nəfər xəstəxanaya yerləşdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Ən balaca yaralanın üçaylıq körpə olduğu bildirilir

***

21:09

Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə zərbə endirib, 6-sı uşaq olmaqla, 14 nəfər ölüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında paylaşım edib.

50-dən çox yaralının olduğu bildirilir. Məlumata görə, raket uşaq meydançasının yaxınlığında yerləşən kafeyə düşüb. Zərbənin təsirindən yaxınlıqdakı yaşayış binaları da zərər görüb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: