FotoJet 2023 01 10T194042.836

Tanınmış rejissor Anar Hüseynov dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib.

“Bu ölüm sənə heç yaraşmadı, ay Anar”, – deyə Rəqsanə bildirib.

Mərhumun qardaşı Vüqar Hüseynov Axşam.az-a açıqlamasında onun ölüm səbəbini açıqlayıb:

“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.

Paylaş: