cde26174c0 Rusiya ukrayna muharibesi 1 il doyuslere davammi yoxsa tamammi

Ukraynada müharibə atəşkəsin astanasındadır, tərəflər razılığa gəlməlidir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib.

Bununla yanaşı, o bildirib ki, tərəflərin heç biri istədiyi hər şeyi əldə etməyəcək.

“ABŞ lideri hər iki tərəfin hərəkətlərindən narahatdır, lakin Vaşinqton Ukraynada tam atəşkəsə nail olmaq niyyətindədir. Kiyev və Moskvanın 30 günlük hərtərəfli atəşkəs üçün irəli sürdüyü şərtlərin siyahısı ABŞ-a təqdim edilməlidir. ABŞ Prezidenti sülh prosesində irəliləyişə ciddi şəkildə fokuslanıb”, – Kelloq əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: