Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 76 yaşlı Y.İsayevi vurub.
Piyada xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.