tramp putin 0

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına dair açıqlama yayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Rusiya prezidenti Putinlə bugünkü telefon danışığım çox yaxşı və məhsuldar oldu. Biz bütün enerji və infrastrukturda dərhal atəşkəs haqqında razılığa gəldik, eyni zamanda tam atəşkəsə nail olmaq və nəticədə Rusiya və Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq üçün dərhal çalışacağıq.

Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Sülh müqaviləsi ilə bağlı bir çox məsələlər müzakirə edildi, həmçinin minlərlə əsgərin həlak olduğu müzakirə edildi, Prezident Putin də, Prezident Zelenski bunun bitməsini istəyir. Bu proses artıq tam gücü ilə işə düşüb və ümid edirəm ki, insanlıq naminə öz işimizi yerinə yetirəcəyik!”, –Tramp bildirib.

photo 2025 03 18 22 58 30

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: