jirinovski

Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin X sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, paylaşımda yaxın gələcəkdə hadisələrin məcrasını dəyişəcək nəyinsə baş verəcəyi qeyd olunub.

“Çoxları şokda olacaq. Gözləyin”, – bildirilib.

Qarşıdan gələn dəyişikliklərin təfərrüatı açıqlanmayıb. Paylaşıma qaranlıq siluetin fotosu əlavə olunub.

Qeyd edək ki, onun hesabında sonuncu paylaşım 2023-cü ilin iyununda dərc edilmişdi.

Paylaş: