1636010635 1630645781 skoraya 402

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, zəhərlənən şəxs Qardadağ RPİ-nin Post Patrul Xidməti bölüyünün əməkdaşı, serjant Elvin Məmmədovdur.

E.Hacıyevin sözlərinə görə, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Müalicəsi davam etdirilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: