zəlzələ

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri əhalisi təxminən 555 min nəfər olan Kaqosima şəhərindən 321 km cənubda yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Paylaş: