ABŞ və Ukrayna nümayəndə heyəti arasında görüşün gündəliyində 6 aylıq atəşkəs də daxil olacaq.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
“ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında keçiriləcək görüşün gündəliyinə münaqişənin həlli üzrə razılaşmanın əsasları və 6 aylıq atəşkəs daxil olacaq”, – Uitkoff bildirib.
**
21:25
ABŞ və Ukrayna nümayəndə heyəti martın 12-də görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Görüşün Səudiyyə Ərəbistanında keçiriləcəyi bildirilir.
“Bloomberg” nəşrinin məlumatına görə isə, ABŞ Ukraynanın Rusiya ilə təcili atəşkəs barədə razılaşmasını tələb edir. Bu, faydalı qazıntlılarla bağlı sazişin bir şərti kimi dəyərləndirilir.
Aysel Əliyeva
Globalinfo.az














