trampiglu

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik D.Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini “ruhi xəstə” adlandırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşım etsə də, dərhal silib.

“Bu adam ruhi xəstədir. Görünür, o və dostları bizdən kifayət qədər pul oğurlamayıb. Ona görə də sülhdən danışmaq əvəzinə ukraynalıları müharibəyə göndərməyə davam edir”, – dövlət başçısının oğlu yazıb.

Kiçik Trampın paylaşımının silinmə səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl kiçik Tramp Ağ Evdəki mübahisədən sonra Zelenskini ələ salmışdı.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: