Niderland Ukraynanın müdafiəsini nəzərdə tutan 700 milyon avroluq dron investisiya paketi hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şuf “X” hesabında yazıb.
“Bu investisiyanın mühüm bir hissəsi Ukraynanın müdafiə sənayesinin inkişafına yönəldiləcək. Rusiyanın davam edən təcavüzünə qarşı Ukraynanın yanında olmağa davam edəcəyik. Dəstəyimiz sadəcə hərbi deyil, eyni zamanda siyasi, maliyyə və mənəvi sahələrdə də davam etdiriləcək”, – Şuf deyib.
Aysel Əliyeva
Globalinfo.az