Pakistanda terrorçu-kamikadzelər partlayıcı ilə doldurulmuş iki avtomobili partladıblar.
Globalinfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Məlumata görə, məscid yaxınlığında baş verən partlayış nəticəsində 7-si uşaq olmaqla 12 nəfər ölüb, Daha 30 nəfər yaralanıb.
Bildirilib ki, partlayışdan sonra daha çox yaraqlı hərbi obyektə girməyə cəhd edib, lakin bu cəhdin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb. Atışma nəticəsində 6 yaraqlı öldürülüb.
Hücumun hədəfinin təhlükəsizlik strukturları olduğu qeyd edilib.
Əliyar Xəlil