befunky 2023 0 6 18 27 37

“Erməni əsilli Ruben Vardanyanın aeroport sayıqlamalarından aydın idi ki, Ermənistan və havadarları Qarabağdan təbii resurslarımızın oğurlanması və ən əsası bölgəyə silah daşınması üçün “humanitar yardım” adı altında hava koridoru formalaşdırmaq niyyətindədirlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, indi də Ermənistan rəsmilərinin açıqlamalarından tam aydın olur ki, bunun üçün Ermənistan-Fransa cütlüyü BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəliyi vasitəsilə təşəbbüslər edirlər:

“Görünür nə Fransa, nə də Ermənistan BMT Təhlükəsizlik Şurasındakı “təşəbbüslərinin” nəticələrindən ağıllanmayıblar.

Hər hansı bir hava koridoru üçün Azərbaycanın razılığı olmalıdır və aydın məsələdir ki, biz buna imkan verməyəcəyik.

BMT Təhlükəsizlik Şurasının qərarı olmadan BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəliyi bunu edə bilməz”.

Politoloq deyib ki, Makron Fransa dövlətinin işini-gücünü atıb, bu böhranlı qış günündə xalqın başını “Qarabağa aclıq realiti şousu” ilə qatır.

Yeganə Hacıyevanın sözlərinə görə, Emmanuel Makron Qarabağın qızıl mədənlərinin qanunsuz işlənməsində Ruben Vardanyanla şərikdir.

Turan Rzayev
Globalinfo.az

Paylaş: