ABŞ Prezidenti Donald Trampın Ukraynaya yardımı dayandırması nadir torpaq elementləri ilə bağlı müqaviləyə görədir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Tramp bu yolla Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq etmək istəyir:
“Ağ Ev məcbur edəcək ki, Zelenski sözügedən müqavilədə təhlükəsizlik zəmanəti tələblərindən əl çəksin”.
Həmçinin bildirilib ki, danışıqlarda uzunmüddətli çıxılmaz vəziyyət Ukraynanın döyüş meydanındakı mövqeyini zəiflədə və münaqişə üzrə sülh prosesində uğur qazanmaq şanslarını azalda bilər.
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəsmi olaraq Kiyevə bütün növ hərbi yardımın dayandırıldığını bəyan etmişdi. Lakin KİV-lərin məlumatına görə, bu, müvəqqətidir və Zelenski Ukraynadakı münaqişə ilə bağlı danışıqlara hazır olduğunu nümayiş etdirdikdən sonra ləğv ediləcək.
Günay Rəsulqızı
Globalinfo.az