Zelenski: “Putinin mobil telefonu yoxdur, mənə necə zəng etsin?”

“Rusiya Prezidenti Vladimir Putin mənə zəng etməyəcək, çünki müharibənin bitməsini istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

“Onun mobil telefonu yoxdur, mənə necə zəng etsin? Mən isə artıq 1917-ci il teleqrafı ilə işləmirəm. Zəng etməyəcək, çünki bu müharibəni bitirmək istəmir. Vəziyyət hazırda belədir”, – Zelenski bildirib.

Əliyar Xəlil
Globalinfo.az