Bir neçə saat əvvəl yük avtomobillərinin hərəkəti üçün açıq olduğu deyilən “Yuxarı Lars” yenidən bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Şimali Osetiya FHN-in Baş idarəsi məlumat yayıb.
“Əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobillərin təhlükəsiz keçidinin təmin edilməsi mümkün olmadığından yük avtomobillərinin hərəkətinə icazə verilmir”, – məlumatda deyilir.
Hazırda sərhəddə 3300 yük avtomobilinin növbədə dayandığı bildirilir.
**
19:10
“Yuxarı Lars” yük avtomobillərinin hərəkəti üçün açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.
“Təmizlənmə aparıldıqdan sonra Mtsxeta-Stepantsminda-Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün açılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, sözügedən yol Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiya ilə birləşdirən yeganə quru yoludur.
Aysel Əliyeva
Globalinfo.az